MƏDƏNİYYƏT

  • ASGA sədrinin Leyla Əliyevaya müraciəti öz nəticəsini verdi: “SƏDƏRƏK YUSİF”in “DEKA” şirkəti məhkəməyə verildi – RƏSMİ

    Kür çayı "işğaldan” azad edilir.

    Xəbər verdiyimiz kimi Mingəçevir şəhərinin ən strateji hissəsi, Kür çayının avarçəkmə üzrə Beynəlxalq "Prezident Kuboku” reqatası keçirlən yer "DEKA” şirkətinə satılıb. Məsələ ilə bağlı şəhər sakinlərinin şikayəti əsasında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA)təsisçisi və sədri Leyla Əliyevaya müraciət etmişdi.

    Bundan başqa 117 nəfər Mingəçevir sakini tərəfindən Kür çayının gəzinti zolağında,o cümlədən suyun içərisində tikilmiş qanunsuz qazanc obyektləri ilə bağlı ölkə başçısına müraciət məktubu ünvanlamışdılar. Həmçinin, həmin müraciətlər əsasında 10-a yaxın məqalə dərc edilmişdi.

    8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsində Kür çayının içərisində qanunsuz tikinti aparan və barələrində qəbul edilmiş qərarları saymayan "DEKA” şirkətinin cəzalandırılması üçün müvafiq sənədlərin Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi ilə bağlı rəsmi qərar qəbul olunub.

    Bu barədə"Kanal32”-yəaçıqlamasında 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəis müavini Samir Abdullayev məlumat verib. Onun sözlərinə görə, şirkətin rəhbərliyi, o cümlədən, iş adamı Yusif Qədimbəyliyə məxsus "Ağ Saray” otelinin müdiri şöbəyə dəvər edilmiş, onlara bir daha mövcud hüquqi prosedur qaydalar haqqında məlumat verilmişdir. Hüquq pozmaya yol verən "DEKA” şirkəti tərəfindən aparılan qanunsuz tikintinin dayandırılması üçün verilən "Məcburi göstəriş”in yerinə yetirilmədiyi, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə edildiyi onların diqqətinə çatdırılmışdır.

    8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları onu da qeyd ediblər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 21 fevral tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalaraMingəçevir Şəhər İcra Hakimiyyətin tərəfindən əməl olunmayıb. Verilən sərəncamlarda ziddiyətli məqamlar və ciddi qüsurlar var.

    Mövzunu davam etdirəcəyik.

    7NEWS.az

     

    Подробнее

Последние статьи

Популярные