Ön cəbhədə döyüşən #Energetik in üzvləri #Prezidentə müraciət etdilər

162 Просмотры
Ön cəbhədə döyüşən \"Energetik\"in üzvləri Prezidentə müraciət etdilər

\"İNANIRIQ Kİ, ALİ BAŞ KOMANDAN MİNGƏÇEVİR FUTBOLUNU BƏRPA EDƏCƏK\"

Əziz dostlar, dəyərli AFFA, \"Azərenerji\" və \"Azərişıq\" rəhbərliyi!

Sizə Böyük Vətən müharibəsində ön cəbhədə döyüşən, Mingəçevirin \"Energetik\" Futbol Klubunun futbolçularının Prezident İlham Əliyevə müraciətini təqdim edirəm. Bu klub son illər çox çətin durumdadır, demək olar ki, ən ağır şərtlərlə ayaqda qalır. Son 2 ildə müxtəlif qurumlara \"Energetik\"lə bağlı müraciətlərim olub, təəssüf ki, hələ də bir nəticə yoxdur. Bu klubun bütün futbolçuları sözün əsl mənasında igidlərdən ibarətdir. Vətən müharibəsində biz bir daha bunun şahidi olduq. Ali Baş Komandan, Prezident İlham Əliyevdən xahiş edirəm ki, videodakı gənclərin müraciətini diqqətə alsın, aidiyyatı qurumlara müvafiq göstərişlər versin.

Məlumat üçün qeyd edim ki, \"Energetik\" 1969-cu ildə SSSRi çempionatında müxtəlif adlarla (Tekstilşik, Avtomobilist, Kür, Kür-Nur, Ulduz), müxtəlif çempionatlatlarda oynayıb. 2003-cü ildən \"Energetik\" adı ilə 1 divizionda oynayıb. Son 2 ildə Region liqasında oynayır. 1-ci ili finalist olub 2-ci il 1/4də uduzub. Son oyunlarımızda 3000 - 3500 azarkeş olub.

Region liqasında oynamaq üçün 4 min 13 min manat (26 nəfər komandanın heyətinin minimum əmək haqqı) bəs edir. (sponsorların imkanları daxilində dəyişə bilər)

Sponsor olacaq şirkətin qazancı - formanın üz, qol, arxa və ayaq hissəsində loqolarını, stadionda reklamları yerləşdirəcək və ən əsası Mingəçevirlilərin sevimlisi olacaq.

Həm AFFA-dan, həm \"Azərenerji\", həm \"Azərişıq\", həm də futbolsevər sponsorlardan xahiş edirəm ki, Mingəçevir şəhərində sağlam həyatı təbliğ edən, eyni zamanda, böyük tarixə malik olan klubun ayaqda qalması üçün dəstək olsunlar. Sponsor olacaq şəxs və ya şirkətin reklamını, təmənnasız olaraq rəhbərlik etdiyim 7NEWS.az saytında dərc edəcəyəm. Yaşasın #Energetik, yaşasın #ZONA45 #QarabağAzərbaycandır #EnergetikMingəçevirdir
Категория
Bizə danış
Комментариев нет.