Популярное

#Mingəçevirdə baş verən #partlayışın təfərrüatı #TV7 Azərbaycanda

337 Просмотры
Əziz dostlar, yəqin xatirinizdədir, bir neçə gün öncə, dekabrın 28-də ən dəhşətli hadisələrdən biri Mingəçevirdə yaşandı, 1 evdə qazdan partlayış oldu və faciə yaşandı, yaralananlar oldu, partlayış olan ev tamamilə yoxa çıxdı, 15-ə yaxın evə ciddi zərər dəydi.

Bu gün isə partlayış olan evin sahibi Sevinc xanım dünyasını dəyişdi, Allah rəhmət eləsin. Bu gün həmin ərazidə oldum, hadisə yerinə baxış keçirdim, zərərçəkmiş ailələrlə görüşdüm, dərdlərini, şikayətlərini, istəklərini qeydə aldım.

İlkin versiya olaraq kombidən qaz sızması kimi dəyərləndirdilər, ancaq yaxın 1-2 gündə ekspertizanın cavabı çıxacaq. Lakin hamıda 1 sual var: Necə olur ki, şəhərin Xaldan tərəfdən girişində, \'Ala qapı\'nın yanında kombinin partlamasını, şəhərin o biri başında, hətta, AzDres qəsəbəsində eşitdilər? Necə oldu ki, 15 ev dağıldı, hətta bina evləri belə silkələndi?

Sakinlərin, şahidlərin isə səsləndirdyi fikirlər çox dəhşətlidir və təcili tədbirlər görülməsini zəruriləşdirir. İddia var ki, həmin evin yaxınlığında, yerin altından çəkilən qaz xətti zədələnib və uzun müddət qaz sızması bütün torpaq boşluğuna dolub və belə bir faciə baş verib. Hadisədən dərhal sonra Qaz idarəsinin əməkdaşları həmin ərazidən keçən yeraltı qazxəttini yeniləyərək yerin üst qatına çıxarsalar da, sızıntı az da olsa qalıb. Bu dəhşətdir. Ümumiyyətlə, yer altında olan qaz xətləri qısa zamanda müayinə edilməli, hətta, imkan varsa yerin üst qatına daşınmalıdır. Məsul qurum qısa zamanda aşkarlanmalı, zərərçəkmiş insanlara yardım edilməlidir. Bəziləri kirayədə, bəziləri qohum-qonşu evinə sığınmaqdadırlar. Və ən əsası, bu adamlara aqibətləri ilə bağlı bir söz deyən də yoxdur. Videoya sona qədər baxmağınızı və rəy bildirməyinizi rica edəcəm. Eyni zamanda Azəriqaz İB rəhbəri Ruslan Əliyevə də hadisə ilə bağlı qısa zamanda əməli tədbirlər görməsini xahiş edirəm. Bəli, bu yararsız xətlər onun rəhbərliyi dönəmində qurulmayıb, ancaq bu kimi faciələrin təkrarlanmaması üçün bütün mümkün addımlar atılmalıdır, deyə düşünürəm! Hörmətlə...
Категория
REPORTAJ
Комментариев нет.