Rusiya şokda: BİRİNCİ KANALIN ƏMƏKDAŞI CANLI EFİRƏ PLAKATLA ÇIXDI, SƏBƏBİNİ BELƏ İZAH ETDİ

15 Просмотры
Rusiya şokda: BİRİNCİ KANALIN ƏMƏKDAŞI CANLI EFİRƏ PLAKATLA ÇIXDI, SƏBƏBİNİ BELƏ İZAH ETDİ - VİDEO

Cəsarətli davranışı ilə hər kəsi heyrətləndirən Birinci Kanalın əməkdaşı #MariyaOvsyannikova hərəkətinin səbəbini izah edib: \"Hazırda #Ukraynada baş verənlər cinayətdir. #Rusiya isə işğalçı ölkədir. Və bu cinayətin məsuliyyəti yalnız bir şəxsin vicdanındadır. Və həmin şəxs Vladimir Putindir. Atam ukraynalıdır, anam rusdur. Və onlar heç vaxt düşmən olmadılar. Təəssüf ki, mən son illər Birinci Kanalda işləyirəm, Kremlin təbliğatını aparıram və indi bundan çox utanıram. Televiziya ekranından yalan danışmağa icazə verdiyim üçün xəcalət hissi çəkirəm. Rus xalqını zombiləşdirməyə icazə verdiyim üçün utanıram. 2014-cü ildə, bütün bunlar yeni başlayanda susmuşduq. Kreml Navalnını zəhərləyəndə biz mitinqlərə çıxmadıq. Biz sadəcə olaraq bu anti-insani rejimi səssizcə seyr edirik. İndi isə bütün dünya bizdən üz döndərib. Və nəslimizin daha on nəsli bu qardaş qırğınının rüsvayçılığından utanacaq. Biz rus xalqı olaraq çox ağıllıyıq və bu çılğınlığı dayandırmaq yalnız bizim gücümüzdədir. Mitinqlərə çıxın, heç nədən qorxmayın, hamımızı həbs edə bilməzlər”.
Категория
DÜNYA
Комментариев нет.