SALEH MƏMMƏDOV NABRANLILARI TƏHQİR ETDİ

450 Просмотры

Şabrandakı Heydər Əliyev Mərkəzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edib.
Görüş sədrin sakinlərlə maraqlı dialoqları ilə yadda qalıb. Ancaq Saleh Məmmədov bildirib ki, dəniz insanlar üçündür, mal-heyvan üçün yox. O, jurnalistləri də tənqid edib:
\"Allah Tala Azərbaycana imkan, şərait verib. Amma fikirləşirlər ki, gedim onu qəzetdə pisləyim ki, nə pul ala bilərəm. Jurnalist elə olmalı deyil. Düzgün olmalıdır, öz xalqımızın, dövlətimizin, insanların çatışmayan işini gözəl göstərsin ki… Ay xalq, ay camaat Allah sənə dəniz verib, çay verib, bundan gözəl istifadə edin. Mən heyrətə gəlmişəm, Nabran kimi turistik zonada insandan çox heyvan gəzir. İnək, camış, sürü ilə…

Bu dənizin kənarında sənin heyvanının nə işi var? Bunu televiziyada göstərsinlər ki, gör bu insanlar nə qədər şüursuzdur ki, özləri gəlir istirahət etməyə, heyvan da… Qoy insanlar özləri utansınlar. Yer yoxdur, o boyda Nabranda meşədə?..”.

Категория
SOSİAL
Комментариев нет.