Популярное

"Soliton Group"a daxil olan "Soliton Mağazalar" və "Neptun Supermarketlər" şəbəkəsindən tədbir

321 Просмотры
\"Soliton Group\"a daxil olan \"Soliton Mağazalar\" və \"Neptun Supermarketlər\" şəbəkəsindən möhtəşəm tədbir: ŞƏHİD ÖVLADLARI İLƏ BİRLİKDƏ (VİDEO)

30 ildir uğurla fəaliyyət göstərən \"Soliton Group\" və ona daxil olan \"Soliton Mağazalar\" və \"Neptun Supermarketlər\" şəbəkəsi bu dəfə daha fərqli, önəmli və həssas tədbir ilə fərqlənməyi bacarıb. Belə ki, \"Soliton Group\" ailəsi \"Başqa Planetə Gedirik\" adlı sosial tədbir reallaşdırıb. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə reallaşan möhtəşəm tədbir,maraqlı proqramla yadda qalıb.
Tədbir çərçivəsində 44 günlük Vətən savaşında qəhrəmancasına Şəhidlik zirvəsinə ucalan igidlərimizin övladları, yaxınları, ailə üzvləri xüsusi ayrılmış nəqliyyatla evlərindən götürülərək \"Neptun Hipermarket\"də təşkil olunan bayram şənliyinə gətiriliblər. Şaxta Baba və Qar qızın iştirakı ilə baş tutan şənlikdə Şəhidlərimizin yadigarlarına maraqlı viktorinalar, proqramlar təşkil edilmiş, müxtəlif hədiyyələr və bağlamalar təqdim edilmişdir. Aksiyadan hazırlanmış qısa videoçarxı təqdim edirik. Allah Şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə qısa zamanda şəfa versin. \"Soliton Group\" ailəsi bir daha dünya azərbaycanlılarını təbrik edir, 2022-ci ildə bol ruzi-bərəkət arzulayır. #Soliton #Neptun #Supermarket
Категория
İQTİSADİYYAT
Комментариев нет.