"Vətən uğrunda" medalı ilə təltif edilən Şəhid Elvin Mustafaoğlunu hər kəs tanısın

38 Просмотры
\"Vətən uğrunda\" medalı ilə təltif edilən Şəhid Elvin Mustafaoğlunu hər kəs tanısın - VİDEO

Teymurov Elvin Mustafa oğlu 20 may 1999-cu ildə Babək rayonunun NEHRƏM kəndində dünyaya göz açıb. 2005-2016-cı illərdə orta təhsilini Nehrəm qəsəbəsində yerləşən Elşad Əliyev adın 2 saylı tam orta məktəbdə alıb. 2017-2018-ci illərdə həqiqi hərbi xidmətdə olub. Hərb sənətinə olan marağı Elvini 2020-ci ilin may ayından yenidən ordu sıralarına geri qaytarıb – bu dəfə MAHHXHQ - əsgər kimi.
27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ savaşında döyüşlərə Naxçıvandan gələn Xüsusi Təyinatlı Qrupla qatılıb. 22 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. 26 oktyabr 2020-ci il tarixində Nehrəm qəsəbə qəbirstanlığında dəfn olunub.
 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymurov Elvin Mustafa oğlu ölümündən sonra \"Vətən uğrunda\" medalı ilə təltif edilib.
Категория
Bizə danış
Комментариев нет.