Популярное

“XALIQ FAIQOĞLU”nun AVTOBUSU SƏRNİŞİNLƏRİN HƏYATINI BELƏ TƏHLÜKƏYƏ ATDI

421 Просмотры
TV7 Azərbaycan xəbər verir ki, bu gün “Xaliq Faiqoğlu” MMC-yə məxsus 90 JM 408 avtomobil dövlət qeyiyyat nişanlı sərnişin avtobusu yol-nəqliyyat hadisəsi törədib. Redaksiyamıza göndərilən videoda qeyd olunur ki, şərnişin avtobusu 20 yanvar dairəsindən Yasamal istiqamətində hərəkət edərkən eyni zamanda bir neçə avtomobil üçün ciddi təhlükə şəraiti yaradıb. İşıqforda dayanan zaman “Xaliq Faiqoğlu” MMC-yə məxsus 90 JM 408 avtomobil dövlət qeyiyyat nişanlı sərnişin avtobusun sürücüsü iki qoşa xətti tapdalayaraq qarşı yola keçib. Bununla kifayətlənməyən sürücü işıqforun yaşıl işığı yanar-yanmaz qarşı tərəfdən gələn avtobillərin yoluna çıxıb və təhlükə şəraiti yaradıb. Daha sonra avtobus sürücüsü heçnə olmamış kimi öz yoluna davam edib. Tv7 Azərbaycan videonu təqdim edir.
Категория
MANŞET
Комментариев нет.