Musayev Rəhman Vaqif oğlu - Mingəçevirli qazini yaxından tanıyaq

173 Просмотры
Əziz dostlar, dəyərli mingəçevirlilər!

Sizə dünyanın ən gözəl şəhəri olan #Mingəçevirin daha bir igidi haqqında məlumat verirəm. Xahiş edirəm, maksimum paylaşın, qazimizin problemi var...

Musayev Rəhman Vaqif oğlu, 44 günlük Vətən müharibəsində 2 azyaşlı övladını, xəstə valideynlərini evdə qoyub, könüllü olaraq ön cəbhəyə gedir. Ağır döyüşlərdə iştirak edir. Çoxlu sayda düşmən texnikasını və canlı qüvvəsini məhv edir. Hal-hazırda Rəhman Musayev xidmətini davam etdirir. Amma...

Məsələ burasındadır ki, Rəhmanın xidmət müddəti artdıqca ailəsi sosial qayğılar içində boğulur. Biz bacardığımızı edirik, ancaq köklü və davamlı dəstək lazım. Bu mənada Şəhər İcra Hakimiyyətindən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mingəçevir şəhər şöbəsindən və YAŞAT Fondudan xahiş edirəm, qazimizin ailəsi ziyarət olunsun, problemləri öyrənilsin, ilkin qayğıları qarşılansın. Bir daha deyirəm, qazilərimiz şəhidlərimizdən bizlərə qalan əmanətdir... Onları #Qoruyaq və #Tanıdaq
Категория
Bizə danış
Комментариев нет.